İstanbul sahillərində nəhəng meduza aşkarlandı - FOTOLAR
16-06-2023, 10:44
Türkiyənin İstanbul şəhərinin dəniz sahillərində nəhəng meduza aşkarlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” nəşri məlumat yayıb.
Bildirilir ki, Maltəpə sahillərində aşkarlanan meduzanın uzunluğu 4 metrə yaxındır. Adətən Şimal və Aralıq dənizlərində yaşayan nəhəng kompas meduzalarının Mərmərə dənizində görünməsi nadir hadisədir.