Moskvada Ərdoğan haqqında film təqdim olundu

19-06-2023, 22:02           
Moskvada Ərdoğan haqqında film təqdim olundu
Moskvada TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Türkiyə diplomatik missiyasında Prezident Rəcəb Tayyib Ərdoğan haqqında filmi təqdim edib.

Film “Hakimiyyət formulu” silsiləsinin bir hissəsi kimi lentə alınıb.

Tədbirdə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko, bir sıra diplomatik missiyaların rəhbərləri iştirak ediblər.

Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar Qusmanın peşəkarlığını qeyd edərək Türkiyə liderinin həyat və siyasi karyerasından bəhs edən bu xüsusi layihənin yaradılmasına görə minnətdarlığını bildirib. Diplomatik missiyanın rəhbəri Ərdoğanın özünün “Daha ədalətli bir dünya mümkündür” kitabını da tədbir iştirakçılarına təqdim edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.