Türkiyəyə gətirilən PKK terrorçusu təslim olub

25-06-2023, 13:54           
Türkiyəyə gətirilən PKK terrorçusu təslim olub
Şimali İraqdakı terror düşərgəsindən qaçaraq Türkiyə Silahlı Qüvvələrinə təslim olan terrorçulardan birinin Fransada yaşayarkən terror təşkilatına qoşulduğu, daha sonra bölgəyə göndərildiyi müəyyən edilib.
Trendin məlumatına görə Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı düşərgədən qaçan 4 PKK terrorçusunun Habur və Silopi sərhəd məntəqələrinə təslim olduğunu açıqlayıb.

Nazirlikdəki mənbələrdən alınan məlumata görə, terrorçulardan birinin ötən il Fransada yaşayarkən terror təşkilatına qoşulduğu və İraqın şimalındakı terror düşərgələrinə göndərildiyi müəyyən edilib.

"Münzur B." Kod adlı terrorçu ilk ifadəsində Şimali İraqa gəlməmişdən əvvəl bir müddət Yunanıstanda düşərgədə qaldığını və ilk məlumatın ona orada verildiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru