Türkiyədə kənarda duran hər kəsin “indi” dediyi an - VİDEO

27-06-2023, 13:54           
Türkiyədə kənarda duran hər kəsin “indi” dediyi an - VİDEO
Türkiyənin İğdır şəhərində suvarma kanalına düşən inəyin ekskavatorla xilas edilməsi anı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Məlumata görə, şəhərdə leysandan sonra suvarma kanalları dolub-daşıb. Həmin ərazidən keçən iki heyvan axına düşüb. İnəklərdən biri sakinlər tərəfindən çətinliklə çıxarılıb, ikincisi isə təxminən 4 km-ə yaxın axınla sürüklənib.

Bu vaxt suvarma kanalının yaxınlığında işləyən ekskavator operatoru maşının çömçəsini kanala endirib və heyvanın yaxınlaşmasını gözləyib. Hər kəs maraqla onun hərəkətlərini izləyib. Peşəkar operator insanları yanıltmayıb və düzgün hesablama ilə ekskavatorun köməyi ilə inəyi sudan çıxara bilib.
Kadrlar sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub, hər kəs operatorun çevikliyini və peşəkarlığını yüksək qiymətləndirib.

Mənbə: “Anadolu” Agentliyi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru