Türkiyədə dolların məzənnəsi 26 lirəni ötdü

27-06-2023, 12:15           
Türkiyədə dolların məzənnəsi 26 lirəni ötdü
Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 8,5%-dən 15%-ə kimi artırmasından sonra lirə digər valyutalar qarşısında kəskin enişi davam etdirib.

Modern.az-ın məlumatına görə, iyunun 27-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 26,11 səviyyəsinə qədər yüksəlib, hazırda isə 25,60 səviyyəsində ticarət edilir. Avro/Türkiyə Lirəsi məzənnəsi isə 28,56 səviyyəsini test edib. Başqa sözlə, TL bir gündə dollar qarşısında 3% dəyər itirib. Son bir ayda isə lirə 25% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 25.82 TL, satış üzrə 25.86 TL müəyyən edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru