“Biz Türkiyənin bütün tələblərini yerinə yetirmişik” – İsveçin XİN başçısı

28-06-2023, 09:08           
“Biz Türkiyənin bütün tələblərini yerinə yetirmişik” – İsveçin XİN başçısı
İsveç Türkiyənin NATO-ya üzvlük üçün irəli sürdüyü bütün tələbləri yerinə yetirib.

“AzPolitika”nın “Reuters”-ə istinadla verdiyi məlumata görə, bunu İsveçin Xarici İşlər naziri Tobias Billström Böyük Britaniyanın Xarici İşlər naziri Ceyms Kleverli ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, “Terrorizm haqqında” yeni qanunun tətbiqi ilə İsveç alyansa qoşulmaq üçün Finlandiya, İsveç və Türkiyə arasında imzalanmış üçtərəfli sazişdə göstərilən son tələbləri yerinə yetirib.

“Bu yaxınlarda İsveçdə terror təşkilatında hər hansı bir iştirakı qeyri-qanuni edən yeni qanun qüvvəyə minib, - Billström bildirib - Beləliklə, müqaviləmizin son hissəsini yerinə yetiririk”.

Xatırladırıq ki, Türkiyə və Macarıstan İsveçin alyansa daxil olmasına etiraz edirlər. Türkiyənin əsas iddiası İsveçdə terrorçuların olması ilə bağlıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, Stokholm “Türkiyədəki terror qruplarının qollarının İsveçdə, Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam edərkən, İsveçin NATO-ya üzvlüyünə müsbət baxa bilmərik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.