Türkiyənin iki media holdinqi “Reuters” ilə müqaviləni ləğv edib

28-06-2023, 10:48           
Türkiyənin iki media holdinqi “Reuters” ilə müqaviləni ləğv edib
Türkiyənin iki media qrupu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsi, xüsusən də oğlu Bilal Ərdoğan haqqında etibarsız material dərc etdiyinə görə “Reuters” ilə müqaviləni birtərəfli qaydada ləğv edib.

Bu barədə Albayrak və Türkmedya holdinqləri sosial media hesablarında məlumat yayıblar.

Öz növbəsində, İstanbul Mülki Məhkəməsi daxil olan şikayətlər əsasında mübahisəyə səbəb olan “Reuters” xəbərlərinə çıxışı məhdudlaşdırıb.
Qeyd edək ki, Türkiyə hakimiyyəti materialı dərc etdiyinə görə “Reuters”i kəskin tənqid edib. Parlament sədri Numan Kurtulmuşun sözlərinə görə, bu xəbər İsveçin alyansa üzvlüyü ilə bağlı Türkiyə hakimiyyətinin mövqeyinə görə xüsusi olaraq NATO sammitindən əvvəl hazırlanıb və Türkiyə bu xəbərin haradan icad edildiyini çox gözəl bilir. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankaranın Britaniya agentliyini məhkəməyə vermək niyyətini açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.