“Ruslara kral kimi yanaşırlar” - Polşalı turist Antalyada gördüklərindən hiddətlənib

28-06-2023, 13:05           
“Ruslara kral kimi yanaşırlar” -
Polşa sakini Türkiyədəki tətilini təsvir edib və hiddətləndiyini bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Aqneşka adlı polşalı turist Antalyadakı kurortda rus dilinin üstünlük təşkil etməsindən narazılığını bildirib.

Qadının sözlərinə görə, kurortda hamı onun haradan olduğunu dəqiqləşdirmədən rus dilində salam verib. Digər şeylərlə yanaşı, demək olar ki, hər addımda Rusiya bayraqları yerləşdirilib.

“Ümumiyyətlə, Rusiyadan gələn turistlərə kral kimi yanaşırlar. Bu kurortda bir həftə qaldıqdan sonra məndə məhz belə təəssürat yaranıb”, - deyə Aqneşka əlavə edib.

O bildirib ki, Türkiyədə Rusiyadan gələn səyahətçilər “açıq qucaqla qarşılanır” və bütün bunlar, bəlkə də, Rəcəb Tayyib Ərdoğanın son seçkilərdə qalib gəlməsi ilə bağlıdır.

Qeyd edək ki, bu il Türkiyənin təril otelləri qiymətləri bahalaşdırsalar da, rus turustlərin axınına çox da təsir göstərməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru