Türkmənistanda TOGG-u üzərlik və gözmuncuğu ilə qarşıladılar – VİDEO

30-06-2023, 08:47           
Türkmənistanda TOGG-u üzərlik və gözmuncuğu ilə qarşıladılar – VİDEO
Türkiyənin TOGG elektromobili Azərbaycan, Özbəkistan və Qazaxıstan dövlət başçılarının ardından Türkmənistan liderinə də təqdim olundu.

Təqdimat Türmənistanda ilk ağıllı şəhər olan Arxadağ şəhərinin açılış mərasimində baş tutub.

Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır iki ağ rəngli elektromobili Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova təhvil verib.

Dövlər başçısı nəqliyyat vasitələrini yüksək qiymətləndirərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Elektromobillər türkmənistanlıların böyük marağına səbəb olub. Yerli adət-ənənələrə uyğun olaraq, milli geyimli qadınlar TOGG-larıı pis gözdən qorumaq üçün avtomobillərin ətrafında üzərlik yandırıb, onların sükanına gözmuncuğu vurublar.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru