Kritik telefon danışığı: Türkiyə ABŞ-dan bunu istədi

18-12-2023, 10:37           
Kritik telefon danışığı:
Türkiyənin xarici işlər naziri Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb.

ABŞ tərəfinin xahişi ilə baş tutan danışıqlarda regional və qlobal məsələlər, iki ölkə arasında münasibətlər müzakirə olunub.

Telefon danışığı zamanı ABŞ-Türkiyə münasibətlərində müttəfiqlik ruhuna uyğun davranmağın vacibliyi vurğulanıb, İsveçin NATO üzvlüyü, F-16 məsələsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq da dəyərləndirilib.

İsrail-Fələstin gərginliyinin də müzakirə olunduğu görüşdə Fidan Qəzza və İordan çayının qərb sahilində vəziyyətin getdikcə pisləşdiyinə diqqət çəkərək, hücumları dayandırmaq üçün ABŞ-ın İsrailə təsirindən istifadə etməsini istəyib.

Hakan Fidan İsrailin tam atəşkəs əldə edildikdən sonra iki dövlətli həllə əsaslanan ədalətli və davamlı sülhün reallaşdırılmasına yönəlmiş siyasi prosesin başlaması üçün masaya gətirilməli olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru