Abdulkadir Uraloğlu: “Zəngəzur dəhlizi ilə Azərbaycanla güclü infrastruktur əlaqəmiz yaranacaq”

19-12-2023, 09:27           
Abdulkadir Uraloğlu:
“Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə qardaş Azərbaycanla ölkəmiz arasında güclü infrastruktur əlaqəsi yaranacaq”.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Nazir Zəngəzur dəhlizinin strateji əhəmiyyətli olduğunu xüsusi vurğulayıb.
“Qardaş Azərbaycanla ölkəmiz arasında güclü infrastruktur əlaqəsinin yaranacağı bu dəhlizlə birbaşa əlaqə təmin ediləcək. Bu dəhliz vasitəsilə həm Azərbaycan, həm türk respublikaları ilə, həm də uzaq Şərqlə birbaşa əlaqə təmin olunacaq”, - Abdulkadir Uraloğlu diqqətə çatdırıb.

Mənbə: NTV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru