Türkiyəli və rusiyalı alimlərdən qorxulu xəstəliklə bağlı böyük elmi nailiyyət

19-12-2023, 15:08           
Türkiyəli və rusiyalı alimlərdən qorxulu xəstəliklə bağlı böyük elmi nailiyyət
Rusiya, Moldova və Türkiyə alimləri ekzosomlardan istifadə etməklə siçanlarda dağınıq skleroz və psoriaz (dəri xəstəliyi) əlamətlərini yüngülləşdirə biliblər.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universitetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, müxtəlif ölkələrdən olan alimlərin üçillik beynəlxalq layihəsi artıq başa çatır.

“Genişmiqyaslı tədqiqatın nəticələrinə görə, ekzosomlar (ölçüsü 30-100 nanometr olan, maddələri hüceyrədən hüceyrəyə daşıya bilən mikroskopik kisəciklər) siçanlarda dağınıq sklerozun və psoriaz xəstəliyinin təzahürlərini azaltmağa kömək edib”, - deyə məlumatda vurğulanıb.
Mətbuat Xidmətindən əlavə edilib ki, bu inkişaf sayəsində ekzosomlara əsaslanan preparat yaradıla bilər.

Qeyd edək ki, dağınıq skleroz ən ciddi autoimmun xəstəliklərdən biri olub, özünü baş və onurğa beyin liflərinin zədələnməsi ilə büruzə verir. Bu xəstəlik insanın tamamilə iflic olmasına gətirib çıxara bilər. Dağınıq skleroz həm də əqli qabiliyyətə və orqanizmin bütün sistemlərinə də öz təsirini göstərir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru