Türkiyədə təcili yardım maşınında narkotik və silah daşıdılar - FOTOLAR 20-12-2023, 11:29 Türkiyənin Balıkesir şəhərində təcili yardım maşını ilə narkotik maddə daşındığı aşkarlanıb.Bununla bağlı keçirilən əməliyyat zamanı maşında külli miqdarda narkotik maddə ələ keçirilib, üç şübhəli şəxs nəzarətə alınıb.Təcili yardım maşınından 9 kiloqram 14 qram “skunk” marixuana maddəsi, bir sənədsiz silah və tapança üçün iki daraq ələ keçirilib. Facebook-da paylaş