Zəlzələlərin Türkiyəyə vurduğu ziyan: Nəhəng rəqəm

20-12-2023, 17:47           
Zəlzələlərin Türkiyəyə vurduğu ziyan: Nəhəng rəqəm
2023-cü ilin fevralında baş verən zəlzələlərin Türkiyəyə dəymiş ümumi zərəri 110 milyard dollar təşkil edib.

Bu barədə ölkənin ətraf mühit və şəhərsalma naziri Mehmed Özhaseki bildirib. O, Türkiyə ərazisinin 66%-nin seysmik risk zonasında olduğunu qeyd edib.

“Fevralın 6-da baş vermiş zəlzələlərdən ümumi itkilərimiz 110 milyard dollar həcmində qiymətləndirilir, ölkə ərazisinin 66 faizi, vətəndaşların 71 faizi birinci və ikinci dərəcəli zəlzələ riski altındadır”, - nazir bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş vermiş, nəticədə on minlərlə insan həlak olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru