Məşhur milyarder İstanbulda bu addımı ilə GÜNDƏM OLDU - FOTO
21-12-2023, 18:05
Rusiyalı milyarder Roman Abramoviç ötən axşam dostları ilə birlikdə İstanbuldakı "Anadolu Hisarı" restoranına gedib.
Göstərilən xidmətdən razı qalan Abramoviç çıxışda verdiyi 175 min TL-lik (10220 AZN) bəxşişlə gündəmə gəlib.
Məlumata görə, Adana kababı sifariş verən iş adamı və dostları uzun müddət söhbət edib. Abramoviç 85 min TL-lik (4964 AZN) hesabı ödəyərkən ofisiantlara 175 min TL-lik bəxşiş qoyub.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Avropa və ABŞ-ın sanksiyaları ilə üzləşən rusiyalı milyarder İngiltərənin “Çelsi” futbol klubunu satdıqdan sonra bu ölkədən köçüb.