Türkiyə kəşfiyyatı PKK-nın Suriyadakı başçılarından birini zərərsizləşdirib - FOTO

25-12-2023, 12:43           
Türkiyə kəşfiyyatı PKK-nın Suriyadakı başçılarından birini zərərsizləşdirib - FOTO
Suriya Ərəb Respublikasının şimalında PKK rəhbərliyinin nümayəndəsi zərərsizləşdirilib. Türkiyə kəşfiyyatının bölməsi onu aşkar edib aradan qaldırmağa nail olub.

Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Qeyd olunur ki, MİT sahə agentləri xüsusi əməliyyat keçirərək “Bahoz Afrin” ləqəbi ilə fəaliyyət göstərən PKK üzvünü məhv ediblər. O, Kobani bölgəsinə rəhbərlik edib.

“Türkiyə təhlükəsizlik güclərindəki mənbələrə əsasən MİT Bahoz Afrinin Suriya-Türkiyə sərhədində təhlükəsizlik qüvvələrinə qarşı yeni əməliyyat hazırladığı barədə məlumat alıb”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri aviasiya qruplarının köməyi ilə kürd döyüş qruplarının istifadə etdiyi Türkiyə və Suriyanın şimal bölgələrindəki istehkamların məqsədli hücum manevri həyata keçirib.

Mənbə: Anadolu Ajansı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru