Alman polisi Türkiyə vətəndaşını qətlə yetirdi

25-12-2023, 11:53           
Alman polisi Türkiyə vətəndaşını qətlə yetirdi
Alman polisi Türkiyə vətəndaşını qətlə yetirib.

Yenisabah.az xəbər verir ki, Mannheim şəhərində polis 49 yaşlı Ertekin Özkanı küçənin ortasında güllələyib.

Cinayət törədilməsi barədə məlumat əsasında əraziyə gələn polis yarıçılpaq və əli bıçaqlı Özkanla qarşılaşıb. Özkana bıçağı yerə atması barədə xəbərdarlıq edən polis bir müddət sonra onla tərəf addım atan Türkiyə vətəndaşına 4 dəfə atəş açıb. Ağır yaralanan Özkan xəstəxanada dünyasını dəyişib.

Baden Vürtemberq Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru