“Mahir Binevş” kod adlı terrorçu məhv edildi – 8 nəfəri şəhid edib... (FOTOLAR)

25-12-2023, 19:38           
“Mahir Binevş” kod adlı terrorçu məhv edildi – 8 nəfəri şəhid edib... (FOTOLAR)
Qeyd olunur ki, uzun müddətdir Qəndildə terrorçuların lideri Murat Karayılanla birlikdə olan İdris Erkol qondarma muxtariyyət elan edildikdən sonra Mardinin Nusaybin rayonunun çöl bölgəsindəki Bağok Dağı bölgəsindən rayon mərkəzinə sızmağı bacarıb. O, Nusaybin Dibek kəndində öldürülən terror təşkilatının yüksək səviyyəli idarəçilərindən olan “Soro” kod adlı Salih Kaplan ilə birlikdə Nusaybin rayon mərkəzində bombalı və silahlı hücumlara qatılıb. Sonra isə mülki geyimdə Suriyaya qaçmağı bacarıb.

Məlumata görə, həmin tarixdən bəri terrorçu haqqında həbs qərarı çıxarılıb və hər yerdə axtarışa verilib. Suriyadan İraqın şimalındakı Zap vadisinə gələn terrorçu, şəhər mərkəzlərində bombalı hücumları təşkil edən PKK-nın gənclik strukturu deyilən “Komalen Civan” daxilində xüsusi təlim keçərək, məsul fəaliyyətlər həyata keçirib.

Terrorçu İdris Erkol 4 aprel 2016-cı il tarixində Nusaybin Dəclə səmtinin Menekşe küçəsindəki hərbi hissəyə RPQ-7 silahı ilə hücum edib. Xain hücumda müvəqqəti vəzifə üçün Bingöldən rayona gələn Piyada Qərargah mayoru Turqay Çelik və Səlcuq Karabakla şəhid olub.

7 aprel 2016-cı ildə o, Dəclə rayonunda 600 kiloqramlıq uzaqdan idarə olunan bombanı bu dəfə təhlükəsizlik qüvvələri ərazidən keçərkən partladıb. Hadisədə Jandarma Xüsusi Hərəkat Taburu komandiri mayor Əhməd Karaman, Bingöldən müvəqqəti növbətçi olaraq rayona gələn Polis Xüsusi Hərəkat Müdiri Zəfər Kurt və iki xüsusi təyinatlı polis şəhid olub. Həmin gün Dəclə rayonunda qarşıdurmaların şiddətləndiyi bir vaxtda terrorçu Erkol əlindəki “Kannas” snayper tüfəngi ilə bir evin divarından açılan boşluqdan atəş açıb və polis rəisi Doğan Sakaryanı şəhid edib.

1 iyun 2016-cı ildə aralarında terrorçu Erkolun da olduğu bir qrup terrorçu Nusaybində tərk edilmiş binaya daxil olan təhlükəsizlik qüvvələrinə əldəqayırma uzaqdan idarə olunan bomba ilə hücum edib. Hadisədə polkovnik-leytenant Necmettin Tetik də daxil olmaqla 11 əsgər yaralanıb, bir çavuş isə şəhid olub. Polkovnik-leytenant Tetik bütün sol gözünü, sağ gözünün görmə qabiliyyətinin 70 faizini, eşitmə qabiliyyətinin isə 60 faizini itirib və taqüdə çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.