Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.Qeyd olunur ki, zəlzələ 3,3 bal gücündə olub. Zəlzələ yerli vaxtla 16:37-də (Bakı vaxtı ilə 17:37), 5,17 kilometr dərinlikdə qeydə alınıb.//Manset.az