16 yaşlı qıza təcavüz edən şəxs polisdən belə qaçmaq istədi - VİDEO

27-12-2023, 00:13           
16 yaşlı qıza təcavüz edən şəxs polisdən belə qaçmaq istədi - VİDEO
Türkiyənin İstanbul şəhərində 16 yaşlı qıza cinsi təcavüz etdiyi iddia edilən 19 yaşlı M.C.A. 20 dekabrda polis tərəfindən tutulub.

Ölkə.Az “Haberler.com”a istinadla xəbər verir ki, şübhəli tibbi rəy almaq üçün aparıldığı xəstəxanada polislərdən qaçmağı bacarıb.

O, daha sonra xəstəxana ilə üzbəüz evə girib. Vətəndaşların müdaxiləsindən sonra pəncərədən atılaraq yenidən qaçmağa çalışıb. Ayaqlarından tutulan şübhəli başqa bir nəfər tərəfindən çubuqla döyülüb.

Onun 42 müxtəlif cinayət qeydinin olduğu müəyyən edilib. Şübhəlinin polis bölməsində istintaqı davam edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru