“RUSLAR PARAŞÜTLƏRLƏ SİLAH GÖNDƏRİRDİLƏR” – Türkiyənin qarşısını belə almaq istəyirlərmiş...

28-12-2023, 07:18           
“RUSLAR PARAŞÜTLƏRLƏ SİLAH GÖNDƏRİRDİLƏR” –
İraq Regional Kürd Administrasiyasının peşmərgələri vasitəsilə Habur Sərhəd Qapısında təhlükəsizlik qüvvələrinə təslim olan “Baver” kod adlı terrorçu T.G (adı açıqlanmır-red.) bir sıra mühüm etiraflar edib.

“AzPolitika.info” xəbər verir ki, 2018-ci ildə Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatında təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda iştirak etdiyi müəyyən edilən terrorçu artıq həbs edilib. “Dövlətin birliyini və bütövlüyünü pozmaq” ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilən terrorçu “Zeytun budağı” əməliyyatı zamanı rusların PKK-ya böyük dəstək verdiyini bildirib.
Ətraflı

Terrorçu əməliyyat başladıqdan sonra rusların paraşütlərlə havadan əraziyə silah dolusu yeşiklər göndərdiyini etiraf edib. O, bu silahların yük maşınlarına yüklənərək PKK-YPG terrorçularına çatdırıldığını bildirib.

“Afrində əməliyyat başlayanda kod adI “Mahmud Reş” olan bir nəfər mənə zəng edərək dedi ki, ÖSO (Azad Suriya Ordusu-red.) və Türkiyə Silahlı Qüvvələri Hələb-Afrin yolunu tutsa, içəridə sıxışıb ölə bilərik. Mən əməliyyat bitənə qədər 30 nəfərlik bir qrupla bu yolun təhlükəsizliyini təmin edərkən, Afrinin girişindəki Kıştahar kəndindəki məntəqələrə pikaplarla sursat daşıyan rus əsgərlərini gördüm. Gecə düşəndə YPG terrorçuları bu sursatları götürərək Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə edirdilər”,-deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru