Ərdoğan: “36 saatda 54 terrorçu məhv edildi”

28-12-2023, 08:00           
Ərdoğan: “36 saatda 54 terrorçu məhv edildi”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası) və TÜBA-nın (Türkiyə Elmlər Akademiyası) 100-cü ildönümü münasibətilə Elm Mükafatları Mərasimində çıxış edib.

Dövlət başçısı son günlərdə şəhid olan 12 hərbçinin ailələrinə və xalqa başsağlığı verib.

“Şübhə etmirəm ki, yaşadığımız əsr millətimizin, dövlətimizin əsri olacaq. Bildirmək istəyirəm ki, mənfur terror aktları bizim müqəddəs yürüşümüzü heç vaxt dayandıra bilməz. 12 övladımız şəhid olsa da, millətimizə başsağlığı verirəm. Amma baxın, 36 saat ərzində 54 terrorçu məhv edilib. Bu şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq”, - deyə Ərdoğan bəyan edib.
Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru