3 aydır itkin düşən şəxsin meyiti Tapıldı

28-12-2023, 16:14           
3 aydır itkin düşən şəxsin meyiti Tapıldı
Antalyanın Serik rayonunda 3 aydır itkin düşən qırğız qadının cansız cəsədi torpağa basdırılmış halda tapılıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, qırğız əsilli Dəmirə Kojoqulovanın cansız cəsədi Serik rayonundakı torpaqda basdırılıb. Hadisə ilə əlaqədar nəzarətə alınan 2 şübhəlidən 1-i həbs olunub.

Bir müddət əvvəl Qırğızıstandan Antalyaya gələn Damira Kojoqulovanın yaxınları onunla əlaqə saxlaya bilməyib və itkin düşdüyünü sentyabrın 25-də təhlükəsizlik qüvvələrinə bildiriblər.

Xəbərdarlığın ardından Antalya Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsi və Cinayət Büro Komandirliyi qrupları Kozhogulovanın tapılması üçün iş başlatdı. Antalya Respublika Baş Prokurorluğunun koordinasiyasında istintaqı dərinləşdirən qruplar qırğızıstanlı qadının cib telefonunun son siqnal verdiyi ünvanı müəyyən edib. Qətl ehtimalına diqqət çəkən qruplar, şübhəli gördükləri adamları təqib edib.

Aparılan araşdırmalar çərçivəsində polislər Damira Kozhogulovanın telefon zənglərini və HTS qeydlərini araşdıraraq, qırğız qadının MY ilə sonuncu dəfə görüşdüyünü, daha sonra MY-nin təqdim etdiyi EB-nin Serik rayonunun Karadayı rayonundakı evinə getdiyini müəyyən edib.
Polis qrupları keçirdiyi əməliyyatla MY və EB-ni saxlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.