Türkiyə “F-16”lar üçün mühərriklərin istehsalına başlayacaq

29-12-2023, 07:13           
Türkiyə “F-16”lar üçün mühərriklərin istehsalına başlayacaq
Türkiyə öz ərazisində ABŞ-nin “General Electric” korporasiyasının “F-16” qırıcılarında istifadə olunan “F110” mühərriklərinin istehsalına başlayacaq.
Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən xəbər yayıb.
Bildirilir ki, Ankara “Turkish Aerospace Industries” şirkətinin beşinci nəsil “Kaan” döyüş təyyarələrini aqreqatlarla təchiz etməyi planlaşdırır.
Agentliyin məlumatına görə, Ankara artıq bu mühərriklərin istehsalında birgə iştirak üçün amerikalı tərəfdaşlarına müraciət edib. Türkiyə öz mühərrik modellərini hazırlayana qədər hər bir “Kaan” qırıcısını iki “F110” ilə təchiz etmək niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru