QƏDİM TÜRK DİLİNİN CIĞATAY ( ÇAĞATAY ) QOLU.

17-04-2024, 09:34           
QƏDİM TÜRK DİLİNİN CIĞATAY ( ÇAĞATAY ) QOLU.
MÜASİR Türk dillərinin qarluq qrupunu təşkil edən özbək və uyğur dillərin sələfi olan Cığatay dili Mərkəzi Asiyada işlənilən ədəbi dil idi. Bəzi qaynaqlarda əski ÖZBƏK dili kimi, Çin mənbələ rində isə qədim UYĞUR dili də qeyd edilir. Bildirək ki, bizim aşıq sənətimizdə təcnisin cığalı təcnis deyilən növü də var. Cığatay dili yerinə tarixən, həmçinin türki və sart sözləri də işlənilirdi.
CIĞATAY sözü Çingiz xanın oğlu Cığatay xana qalmış Cığatay xanlığından gəlir. Çağatay sözü qırımçaqlar tərəfindən XIX əsrin sonuna qədər öz dilləri üçün istifadə olunurdu, günümüzdə isə, Əfqanıstanda danışılan türkmən dilinin tək dialekti üçün işlənilir.
1924-cü ildə Özbəkistan Sovet Sosialist Respublikasının yaradılmasının hazırlaması üçün, Cığatay dilinin adını rəsmi olaraq "əski özbək dili" adına dəyişiblər.
ÇAĞATAY dilində yazan ən tanınmış şair Əlişir Nəvaidir. Onun 1499 qurtardığı mühakimət ül-lüğəteyn əsəri türki (cığatay) dilinin fars dili ilə müqayisə edib, türki dilinin üstünlüyünü göstərir. Cığatay dilində yazılan başqa bir tanınmış nəsr əsəri, türk ədəbiyyatında ən erkən tanınmış memuarı olan Zəhirəddin Məhəmməd Baburun (1483-1530) "Baburnamə" əsəridir.
XVII ƏSRDƏ cığatay dilində yazılan görkəmli əsərlər Əbülqazi Bahadır xanın Şəcərəyi tərakimə (1659) və Şəcərəyi türk (1663) əsərləri idi. XVIII əsrin ikinci yarısında isə türkmən şairi Məhtimqulu türkmən ədəbiyyatını türkmən dilinin xüsusiyyətlərini işlədərək cığatay dilində yazmağa başlayıb.
XIX ƏSRDƏ Xivədə Şirməhəmməd Munis və onun qohumu Məhəmmədrza Agahi kimi görkəmli cığatay dilli şairlər var idi. II Məhəm mədrəhim xan da cığatayca qəzəl yazırdı. Musa Səyraminin 1903-cü ildə qutardığı Tārīkh-i amniyya adlı əsəri və onun 1908-ci ildə Tārīkh-i ḥamīdi adı altında buraxılmış yeni versiyası 1862–1877 illərin arası baş verən Dunqan üsyanı haqqında ən yaxşı mənbələrdən biri olaraq sayılır.
Sevda Amanova
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.