OĞUZ XANIN ÖVLADLARI.

18-04-2024, 18:18           
OĞUZ XANIN ÖVLADLARI.
TARİXİ mənbələrə görə, oğuzlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, İran, İraq, Suriya, Misir və Balkan yarımadasında (Bolqarıstan, Rumıniya, Yunanıstan, Şimali MAKEDONİYA, Kosovo və Serbiya) yaşayan türklərin atalarıdır. Qədim türk dastanlarına görə, oğuzlar OGUZ XANIN 6 oğlu və onların hər birinin 4 oğlundan ( 24 boy ) doğulublar.
X ƏSRƏ qədər köçəri həyat tərzi sürən oğuzlar bu dövrdə Xəzər dənizinin şərqində OĞUZ YABQUNUN öndərliyində ilk dövlətlərini qurdular. OĞUZ Dövlətinin hökmdarı YABQU idi, ona köməkçi olan ikinci şəxs isə KÜL ERKİN adını daşıyırdı. Ordunun başında subaşı dayanırdı. OĞUZLAR özlərini bütün türk boylarının ümumi anlamına gələn “oğuz” adlandırırdılar. 1000-ci ildə QIPÇAQLAR tərəfindən bu dövlətin varlığına son qoyulmasından sonra oğuzlar ikiyə bölündü.
Bir qismi şimala, bir qismi də cənuba üz tutdu. Şərqdəki oğuzların tarixi başqa səmtə yönəldi. 840-cı ildə UYĞUR DÖVLƏTİ qırğızlar tərəfindən dağıdıldıqdan sonra oğuzların ən böyük və tarixi köçü başladı. ASİYANIN dörd bir tərəfinə yayılan oğuzların bir qismi Qərbə üz tutdu və qan qohumluğu olan boylarla birləşdi.
Sevda Amanova












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.