Türkiyədə yeni həbslər:Daha 76 hakim “gülənçi” ittihamı ilə tutuldu

26-09-2016, 23:35           

Sentyabrın 26-da Türkiyənin İzmir şəhərində Fətullah Gülən hərəkatı ilə bağlılıqda şübhəli bilinən 76 hakim və onların qohumları həbs edilib.

Bu barədə NTV kanalı məlumat yayıb. Şəhərin baş prokurorluğu ümumilikdə 101 nəfərin saxlanması barədə order verib. Hazırda ABŞ-da yaşayan Fətullah Gülən 15 iyul uğursuz qiyam cəhdinin təşkilində ittiham olunur.

Bundan sonra ölkədə hərbçi, hakim, müəllim, həkim və digər məmurlar da daxil olmaqla minlərlə adam işdən kənarlaşdırılıb və ya saxlanıb. Hazırda ölkədə axtarışlar davam edir. Həmçinin İzmirlə yanaşı Konya da daxl olmaqla daha 3 əyalətdə reydlər keçirlib. Polisin məlumatına görə, saxlananların bəziləri əlaqə üçün mobil telefonlarına yüklənmiş “Bylock” proqramından istifadə edirmişlər .

Türkiyə kəşfiyyatının məlumatına görə, 15 iyul qiyam cəhdi zamanı üsyançıların çoxu bu proqramdan istifadə edirmiş. “Milliyet” qəzetinin yazdığına görə, kəşfiyyat idarəsi bu proqramdan istifadə edən 70 mindən çox dövlət qulluqçusunun siyahısını hazırlayıb.

“Hürriyet” qəzetinin yazdığına görə siyahıda tanınmış siyasətçilər və yüksək rütbəli məmurlar da daxil olmaqla 479 hakim və prokurorun adı var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.