Ərdoğandan Oman sultanına maraqlı hədiyyə - FOTOLAR

29-11-2024, 15:37           
Ərdoğandan Oman sultanına maraqlı hədiyyə - FOTOLAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Oman Sultanı Heytəm bin Tariqə maraqlı hədiyyə təqdim edib.

Bu barədə “TRT haber” məlumat yayıb.

Hədiyyə xəttat Hüseyn Qutlu və onun 66 nəfərlik komandasının hazırladığı “İstanbul Müshafı”ı kitabı olub.

Prezident Ərdoğan və Bin Tariq əlyazma haqqında məlumat alıblar.

Qeyd edək ki, sözügedən kitabın ərsəyə gəlməsi üçün uzun zaman sərf olunub.

850 səhifəlik əlyazmada İslamın yaranması, tarixi hadisələr və “Qurani-Kərim”dən hissələr əks olunub. Kitabın vərəqlərinin hazırlanmasında 800 min yumurtanın ağından istifadə edilib.(“Qafqazinfo”)















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru