Dünya banklarından on milyonlarla dollar çıxaran türk haker ABŞ məhkəməsi qarşısında
10-02-2017, 15:34
Dünya qlobal maliyyə sisteminə 55 milyon dollar ziyan vuran kiberhecumlarda ittiham edilən Türkiyə əsilli haker Erkan Fındıkoğlu ABŞ-da məhkəmə qarşısına çıxarılacaq. Avropa.info xəbər verir ki, 34 yaşlı Fındıkoğlu haker hücumlarında və böyük bank maxinasiyalarında ittiham olunur. Prokurorun fikrinə görə, haker bank müştərilərinin məxfi məlumatlarına müdaxilə edərək, onların bank kartlarındakı limitləri dəyişdirib. Pullar isə onun Ukrayna, Türkiyə və Rumıniyadakı əməkdaşlarına göndərilib. Qeyd olunur ki, 2012-ci ilin dekabrında haker hücumu zamanı o, 20 ölkənin 5 min bankomatından 5 milyon dollar pul çəkə bilib. Almaniya hakimiyyəti tərəfindən həbs olunan Fındıkoğlu ABŞ-a ekstradisiya olunub.