İstanbulda naməlum şəxslər mağazaya “Molotov kokteyli” atıb

14-02-2017, 01:46           

İstanbulun Kağıthane bölgəsində üzü maskalı 5 naməlum şəxs mağazaya daxil olaraq “Molotov kokteyli” atıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, mağazada təşviş yaranıb, tüstülənmə nəticəsində 1 müştərinin halı pisləşib.

Maskalılar bundan sonra yolun kənarında dayanan avtomobilin altına səs qumbarası ataraq ərazini tərk ediblər. Maşına maddi ziyan dəydiyi bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Cinayətkarların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru