İstanbul ilk dəfə Ərdoğana "Yox" dedi - Şok

16-04-2017, 21:57           

Türkiyədə keçirilən referendumda səslərin sayılması davam edir.

Axar.az xəbər verir ki, hazırda səslərin 97 faizi sayılıb və Konstitusiya dəyişikliyinə “Hə” deyənlər 51.73 faizlik kiçik fərqlə irəlidədir.

Amma Türkiyənin ən iri şəhərləri dəyişikliyə “Yox” deyir. Konstitusiya dəyişikliyinin tərəfdarı olan AKP İstanbul, paytaxt Ankara (Yox - 50,70%, Hə - 49,30%), İzmir (Hə - 31,37%, Yox - 68,63%), Antalya (Hə - 41,01%, Yox - 58,99%) kimi şəhərlərdə uduzur.

Qeyd edək ki, AKP-nin 15 illik iqtidarı müddətində hakim partiyanın istəyinə İstanbul ilk dəfədir ki, "Yox" deyir. Hazırkı nəticələrə görə, İstanbul seçicilərinin 51 faizi Konstitusiya dəyişikliyinə "Yox", 49 faiz "Hə" deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru