Novak Türkiyə şirkətlərinin Rusiyaya qoyduğu investisiyanı açıqlayıb
18-08-2017, 18:22
“Rusiya şirkətlərinin Rusiyaya qoyduqları investisiyalar 10 milyard dollardan çoxdur. Bir o qədər də Rusiya biznesmenləri Türkiyəyə sərmayə qoyub”.
RİA Novosti-nin məlumatına görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak İzmirdə keçirilən 86-cı beynəlxalq yarmarkada deyib.
Onun sözlərinə görə, hazırdaiqtisadiyyatın müxtəlif sahələri-kənd təsərrüfatı, sənaye və digər sahələrə investisiya qoyulması üçün geniş imkanlar var.
Novak qeyd edib ki, iki ölkə lideri illik mal dövriyyəsinin 100 milyard dollara qaldırılması ilə bağlı qarşılarına tapşırıq qoyublar və bunun üçün normativ baza yaradılıb.
Öz növbəsində Rusiya-Türkiyə işgüzar şurasının sədri Ahmet Palankoev qeyd edib ki, Rusiya ilə Türkiyə iqtisadiyyatı bir birini tamamlayırlar.”Rusiyada olan Türkiyədə yoxdur və ya əksinə” Palankoev bildirib.
İzmir beynəlxalq yarmarkası avqustun 18-dən 22-dək davam edəcək.