Evlilik təklifinin sonu YANĞINLA BİTDİ - VİDEO

25-08-2017, 09:42           

Türkiyənin Elazığ bölgəsində gözlənilməz hadisə baş verib.
Publika.az yerli mətbuata istinadən xəbər verir ki, sevdiyi qıza evlilik təklifi edən gənc oğlan aldığı “hə” cavabını coşquyla qeyd edərkən yanğın törədib.
O, sevincini havaya fişəng atmaqla bildirib. Ancaq fişənglərdən birinin quru otun üzərində düşməsi yanğına səbəb olub. Yanğınsöndürənlərin və polisin hadisə yerinə gəlməsindən sonra alovun qarşısı alınıb.
Evlilik təklifindən qızın valideynlərinin xəbəri olmadığı üçün gənclərin adları gizli saxlanılır. Yanğına səbəb olan gənc və dostları izahat alınması üçün polis şöbəsinə aparılıb.
Faktla bağlı araşdırmaların davam etdiyi bildirilir.

Evlenme teklif ederken yangın çıkardı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru