Türkiyədə fövqəladə vəziyyət rejimində yeni qərarlar açıqlanıb, MİT prezidentə tabe olacaq

25-08-2017, 12:24           
Türkiyədə fövqəladə vəziyyət rejimində yeni qərarlar açıqlanıb, MİT prezidentə tabe olacaq
Türkiyə Milli İstihbarat Təşkilatı (Milli Kəşfiyyat Təşkilatı) ölkə prezidentinin birbaşa tabeliyinə verilib.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı qərar “Resmi Gazete”də dərc olunub.
Fövqəladə vəziyyət rejimində qəbul olunan qanun hökmündə qərara əsasən, Milli İstihbarat Təşkilatı (MİT) rəhbərinin başçılıq etdiyi MİT Əlaqələndirmə Qurumuna da bundan sonra prezident sədrlik edəcək.
Sənədə görə, bundan sonra Türkiyə Silahlı Qüvvələri və Müdafiə Nazirliyinin əməkdaşları ilə bağlı bütün xidməti informasiyaları MİT toplayacaq, təhlil edəcək və aidiyyatı qurumlara ötürəcək.
Qərara əsasən, Türkiyə yüksək təhsil qurumlarından 120 elm adamı, Müdafiə Nazirliyinin 19, Silahlı Qüvvələrin Baş Qərargahının 1, Quru Qoşunları Komandanlığının 106, Dəniz Qüvvələri Komandanlığının 40, Hava Qüvvələri Komandanlığının 59 əməkdaş işdən azad edilib.
Qeyd edək ki, indiyə qədər MİT rəhbəri Nazirlər Kabinetinin üzvü olmaqla yanaşı təyinatı parlamentdə təsdiqlənirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru