ABŞ-ın qüvvələrini Mənbicdən geri çəkmək niyyəti yoxdur

23-03-2018, 17:39           

ABŞ-ın qüvvələrini Mənbicdən geri çəkmək niyyəti yoxdur . teref.az-nun verdiyi xəbərə görə, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) və Dövlət Departamenti gündəlik mətbuat konfransında Suriyanın Mənbic bölgəsindəki ABŞ əsgərlərinə dair açıqlamalar verib. Pentaqondakı CENTCOM mətbuat katibi Adrian Rankin Qallovey "Mənbicdən geri çəkilmək kimi bir niyyətiniz varmı?", - sualını belə cavablandırıb: "Koalisiya qüvvələri hazırda Mənbic bölgəsindədir. İŞİD nəzarətindən azad edilmiş digər bölgələrdə olduğu kimi koalisiya qüvvələri Mənbic bölgəsində yerli mülki şuranın sabitliyi təmin etməsini dəstəkləyir. Operativ təhlükəsizlik səbəbilə daha çox açıqlama verə bilmərik". ABŞ Dövlət Departamenti mətbuat katibi Hizer Nauertə də brifinqdə bənzər bir sual yönəldilib. Nauert "Türkiyə ilə danışıqlarımız davam edir. Hələ ki, bir nəticə yoxdur", - sözlərini dilə gətirib. Danışıqların davam etməsinə ümid etdiklərini bildirən Nauert ABŞ-ın Mənbicdəki varlığına bağlı olaraq, "Bizim geri çəkilmək kimi bir niyyətimiz yoxdur, amma bu nöqtədən sonrasını ABŞ Müdafiə Nazirliyinə sual verməlisiniz", - deyib. Mənbə: Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru