Ərdoğan yeni savaş anonsu verdi: "Biz onları məhv etməyə hazırıq"

24-03-2018, 19:46           
Ərdoğan yeni savaş anonsu verdi: "Biz onları məhv etməyə hazırıq"
Türkiyə Suriya ilə həmsərhəd rayonlarda terror qruplaşmalarına qarşı yeni əməliyyatlar həyata keçirməyə hazırdır

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Samsunda çıxışı zamanı deyib.

"Suriyada Fərat çayından qərbə doğru ərazilərdə antiterror əməliyyatlarının məhdudlaşdırılmasına dair çağırışlar yolverilməzdir. Türkiyə üçün terrorçuların harada məskən salmasının önəmi yoxdur. Biz onları məhv etməyə hazırıq", - Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti bildirib ki, Suriyanın müxtəlif şəhərlərinin, o cümlədən Menbiç, Tel-Əbyad, Ras-əl-Aynanın sakinləri türk ordusunun bu bölgəyə gəlişinin tərəfdarıdır: "Ona görə də heç kimin haqqı yoxdur ki, Türkiyənin Suriyanı işğal etdiyini desin. Məhz Qərb özünü bu ölkədə işğalçı kimi göstərdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru