"Bizə dəstək ver, F-35 düzəldək, hətta daha yaxşısını..." - Maşın ustasından Ərdoğana çağırış

16-08-2018, 19:04           
"Bizə dəstək ver, F-35 düzəldək, hətta daha yaxşısını..." - Maşın ustasından Ərdoğana çağırış
ABŞ-ın beşinci nəsil F-35 qırıcılarını Türkiyəyə satmaqdan imtina etdiyi bir vaxtda türkiyəli maşın ustası prezident Rəcəb Tayyib Ərdoğana çağırış edib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Antalya Köhnə Sənaye küçəsindən Rasim Küçük adlı avtomobil təmirçisi özünün sosial media hesabından Ərdoğana yazıb: "Sayın Cümhurbaşqanım, mənə dəstək verin, sizə F-35 təyyarələrinin eynisini usta arkadaşlarla sənayedə düzəldək. Yetər ki, əlimizdə bir nümunəsi olsun. Bəlkə təyyarə mühəndisi deyiləm,amma işin örnəyi əlimizin altında olduqdan sonra bir təyyarə mühəndisinin hazırladığının eynisini hazırlaya bilərik. Gəlin əsnafınıza, sənətkarınıza güvənin, bizə dəstək verin. Hətta daha mükəmməlini hazırlaya bilərik. Elin amerikalısı, israillisi, rusu hazırlaya bilir, biz yox? Bal kimi hazırlayarıq".

Rasim Küçükün bu paylaşımı sosial şəbəkələrdə qızğın müzakirələrə, istehzalı və ironik reaksiyalara səbəb olub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.