Türkiyədə ağır yol qəzası baş verib: 5 ölü, 18 yaralı

17-08-2018, 06:39           
Türkiyədə ağır yol qəzası baş verib: 5 ölü, 18 yaralı
Türkiyənin Van əyalətində avtobus minik avtomobil toqquşub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 5 nəfər həlak olub, 18 nəfər isə yaralanıb. Hadisə yerinə gələn təcili yardım briqadaları xəsarət alanları yaxınlıqdakı xəstəxanalara çatdırıblar.

Məlumata əsasən, ölənlərin hamısı minik avtomobildə, yaralananlar isə avtobusda olub.

Qeyd edilir ki, avtobusda Ədalət və İnkişaf Partiyasının üzvləri olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.