İstanbulda tikilən hava limanına polis basqını: 543 işçi saxlanıldı – Fotolar

16-09-2018, 08:13           
İstanbulda tikilən hava limanına polis basqını: 543 işçi saxlanıldı – Fotolar
İstanbulda tikilməkdə olan üçüncü hava limanında Türkiyə polisi əməliyyat keçirib. AzEuroNews.com xəbər verir ki, əməliyyat nəticəsində işçilərdən 543-ü saxlanılıb.

Məlumata görə, işçilər tikinti ərazisindəki şəraitdən şikayətlənərək etiraz aksiyası keçirib. Türkiyə İnşaat-iş Birliyi təşkilatından verilən məlumata görə, səhər saatlarda xüsusi təyinatlı polis dəstələri işçilərin qaldığı otaqların qapılarını qıraraq əllərindəki siyahıya uyğun onları saxlayıb.

Birlik qeyd edib ki, işçilər neçə aydır yeməklərdən, kampı xatırladan qaldıqları yerdəki şəraitsizlikdən, tualet və hamamlardakı antisanitariya şəraitindən şikayətləniblər.




Məlumat üçün bildirək ki, bundan öncə də Türkiyə İş və Sosial Müdafiə Nazirliyi hava limanının tikintisi zamanı 27 nəfərin iş qəzası nəticəsində öldüyü ilə bağlı məlumat yayıb.

Türkiyədəki insan haqları müdafiəçiləri iddia edir ki, üçüncü hava limanının tikintisində 30 mindən çox işçi çalışır və onlarla qeyri-insani rəfdar edilir.



İnşaat-İş Sendikası
‏@insaatsendika
18 ч.18 часов назад
Еще
#KöleDeğiliz Baskın sırasında koğuşlarda olan arkadaşlarımız anlatıyor:
"Gece saat 00:40’te yapılan baskın sırasında görüntü alanları hem gözaltına aldılar hem de darp ettiler.
22 yaşındaki uzman çavuş 54 yaşındaki adamı darp etti! Bu şekilde 11 kişi biliyorum, tanık oldum."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.