«Mən, Türkiyədən pul götürməyəcəm…» – Ərdoğan 500 milyonluq hədiyyədən danışdı

17-09-2018, 21:32           
«Mən, Türkiyədən pul götürməyəcəm…» – Ərdoğan 500 milyonluq hədiyyədən danışdı
Məlum olduğu kimi, Qətərin əmiri Təmim bin Hamad Əl Tani Türkiyəyə «Boeinq 747-8» təyyarəsi bağışlayıb. Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, qiymətli təyyarəni şəxsi istifadəsi üçün satın almayıb – hədiyyə olaraq qəbul edib.

«Röyter» agentliyinin xəbər verdiyi kimi, qiyməti 500 milyon dollar olan ikimərtəbəli «Boeing» göyərtəsinə 400 nəfəri götürə bilir, amma sözügedən hədiyyə təyyarə 76 sərnişinə və 18 nəfərlik ekipaja uyğun quraşdırılıb.
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından olan deputat Sezgin Tanrıqulu təyyarənin satın alınmasından şübhələnib. O bildirib ki, ölkə hazırda iqtisadi böhran vəziyyətindədir.

«Əmir deyib: «Mən, Türkiyədən pul götürməyəcəm. Mən, onu həddiyə edirəm»» – deyə, cavabında Ərdoğan bəyan edib. Onun sözlərinə görə, təyyarə Türkiyə dövlətinə məxsus olacaq, şəxsən Ərdoğana yox.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru