ƏRDOĞANLA PUTİN ARASINDA TARİXİ RAZILAŞMA! – Müharibəni bitirirlər + VİDEO

17-09-2018, 21:33           
ƏRDOĞANLA PUTİN ARASINDA TARİXİ RAZILAŞMA! – Müharibəni bitirirlər + VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Soçidə baş tutan görüşdə tərəflər Suriyanın İdlib şəhərində sülh və təhlükəsizliyə dair müzakirə aparıblar.

Ərdoğan hələ görüşdən qabaq çıxışı zamanı Soçi görüşünün əhəmiyyətinə diqqət çəkib. “Siyasi, hərbi və iqtisadi sahələrdə fikir mübadiləsi apardıq və bir sıra razılıqlar əldə olunub Soçidən veriləcək bəyanat inanıram ki, bölgəyə də çox fərqli ümid gətirəcək”, – deyə Ərdoğan bildirib.

Putin isə bildirib ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlər müsbət yöndə inkişaf etməkdədir. “Əlaqələrimiz yüksək səviyyədə müsbət istiqamətdə inkişaf edir. İqtisadi-ticarət əlaqələrimiz intensiv şəkildə böyüyür. Eyni zamanda, xüsusilə regionda və beynəlxalq arenada təhlükəsizlik məsələlərində sıx əlaqələrimiz var. Problemlər çoxdur. Sizi Soçidə görməyimə şadam. Təkcə ona görə yox ki, biz fikir mübadiləsi aparacğıq, həm də ona görə ki, bu məsələrin həlli yollarını axtaracağıq”, – deyə Putin qeyd edib.

Görüçdən sonra prezidentlər bildirib ki, başda Suriya məsələsi olmaqla bir sıra mövzuları müzakirə ediblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin mətbuata birgə bəyanatla çıxış ediblər.

“Hazırda sadəcə regionumuzun deyil, bütün dünyanın gözü Soçidədir”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Vladimir Putinlə görüşdən əvvəl çıxışı zamanı deyib.

“Rusiya ilə siyasi, hərbi və iqtisadi sahələrdə aparılan fikir mübadiləmiz bir-birimizi gücləndirəcək miqyasdadır. Soçidə qəbul olunacaq qərar inanıram ki, bölgəyə çox fərqli bir ümid olacaqdır. Regional məsələlərdəki həmrəyliyimiz bölgəyə ümid verir”, - Ərdoğan bildirib.

“Azpolotika.info”nun məlumatına görə, Ərdoğan bildirib ki, İdlibdə silahsız bölgə yaradılması qərara alınıb. Müxaliflər əvvəlki kimi İdlibdə qalacaq. Ancaq ağır silahları buraxacaqlar. Eyni zamanda Hələblə sərhəddən geri çəkəcəklər. bundan əlavə İdliblə Əsəd rejiminin nəzarətində olan sərhəddə 15-20 km.-lik SİLAHSIZ BÖLGƏ yaradılacaq. həmin əraziyə Rusiya və Türkiyə əsgərləri birgə nəzarət olacaq.

Təkbətək görüşdən əvvəl həmçinin Rusiya prezidenti Vladimir Putin də fikirlərini bölüşüb. Putin Türkiyə ilə münasibətlərin müsbət məcrada inkişaf etdiyini bildirib: “Münasibətlərimiz iqtisadi cəhətdən sürətli templə böyüyür. Bölgənin təhlükəsizliyi baxımından da münasibətlərimiz inkişaf edir. Müzakirə ediləcək çox mövzu var. Bəziləri qarışıq məsələlərdir. Bunları həm nəzərdən keçirəcək, həm də həll yollarını axtaracağıq”.

Vladimir Putin bildirib ki, Ərdoğanla İdlib məsələsində ciddi və razılaşdırılmış qərarla bağlı razılaşma əldə etdik. Rusiya prezidenti türkiyəli həmkarı ilə konstruktiv danışıqlar keçirdiyini bildirib.

Qeyd edək ki, Putinlə Ərdoğan arasındakı bu anlaşma cox mühüm əhəmiyyət daşıyır. Bu faktiki olaraq Suriyada silahlı qarşıdurmanın başa çatması deməkdir.

Qeyd edək ki, Soçidə keçirilən danışıqlar 4,5 saat davam edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Soçidə mətbuata qapalı keçən görüşü 1 saat 50 dəqiqə davam edib. Təkbətək görüşdən sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. Liderlərin görüşündə Suriya məsələsi başda olmaqla, bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.