Putinlə Ərdoğanın anlaşdığı “İdlib” memorandumu dərc olundu

19-09-2018, 21:06           
Putinlə Ərdoğanın anlaşdığı “İdlib” memorandumu dərc olundu
Bazar ertəsi günü Rusiya və Türkiyənin imzaladığı, İdlib anlaşması ilə bağlı memorandum dərc olunub.

Türkiyə və Rusiya arasında İdliblə bağlı imzalanan anlaşma memorandumu, ictimaiyyətə təqdim olunub. CNN Türk, prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putinin danışıqlarından sonra Türkiyənin müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə Naziri Sergey Şoygunun imzaladığı sənədi yayımlayıb.
İdlib anlaşma memorandumunda yer alan maddələr:


1- İdlib gərginliyi azaltma bölgəsi qorunacaq. Türkiyənin müşahidə nöqtələri gücləndiriləcək

2- Rusiya Federasiyası, İdlibdə hərbi əməliyyatlar və hücumlardan çəkinməsi üçün lazımi tədbirlər görəcək və mövcud status-kvo saxlanacaq.

3- Tərksilah zonası yaradılacaq və zona 15 - 20 km olacaq.

4- Tərksilah bölgəsinin sərhədləri sahədəki işlərlə müəyyən olunacaq.

5- Bütün radikal terrorçu qruplar silahlasızlandırma bölgəsindən 15 oktyabra qədər çıxarılacaq.

6- Döyüşən tərəflərə aid bütün tanklar, çox lüləli minaatanlar, toplar, ağır silahlar 10 oktyabrda İdlibdəki tərksilah bölgəsindən çəkiləcək.

7- Tərksilah bölgələrindəki nəzarətlər Türk və Rus əsgərləri tərəfindən aparılacaq. Nəzarətlər insansız hava vasitələri ilə havadan da həyata keçiriləcək.

8- M4 - M5 magistral yolların təhlükəsizliyi il sonuna qədər bərpa olunacaq və yol açılacaq.

9- İdlibdə davamlı atəşkəs rejiminin təmin olunması üçün təsirli tədbirlər görüləcək. İran, Türkiyə, Rusiya birgə koordinasiya mərkəzi formalaşdıracaq.

10- İki tərəf hər cür təzahürdə Suriyadakı terrorizmlə mübarizə məsələsində qərarlarını təkrarladı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru