Etimad İsmayılovun qətli: Daha bir nəfər saxlanıldı - FOTO

20-09-2018, 11:07           
Etimad İsmayılovun qətli: Daha bir nəfər saxlanıldı - FOTO
Türkiyədə azərbaycanlı iş adamı Etimad İsmayılovu öldürərək hadisə yerindən qaçan və daha sonra polis tərəfindən yaxalanan Gözəl Dəmirovla bərabar daha bir nəfər saxlanılıb

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Lakin hələlik saxlanılan ikinci şəxsin fotosu yayılsa da, barəsində məlumat verilmir.

Bəzi məlumatlara görə, saxlanılan ikinci şəxs polisin əməliyyatı zamanı Gözəl Dəmirovla birlikdə olub. Digər mənbə isə onun başqa ünvana keçirilən əməliyyatda saxanıldığını bildirir.

Xatılradaq ki, Gözəl Dəmirov İstanbul pilisinin Asayiş Şöbə Müdürlüyü Cinayət Bürosu və Bakırköy Bölgə Təhlükəsizlik Müdürlüyünün birgə keçirdiyi əməliyyatda saxlanılıb. Qətldə istifadə etdiyi silah da tapılıb. Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini, eyni zamanda tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru