Ermənistandan molibden daşıyan yük maşını Türkiyədə qarət olunub - VİDEO

21-09-2018, 11:57           
Ermənistandan molibden daşıyan yük maşını Türkiyədə qarət olunub - VİDEO
Türkiyədə Ermənistandan Hollandiyaya 20 ton molibden daşıyan yük maşını qarət edilib. FaktXeber.com-un IHA-ya istinadla verdiyi məlumata görə, Kocaeli şəhərində polis forması geyinmiş şəxslər yük maşının saxlayıblar, sonra imə sürücünün əl-qolunu bağlayaraq, yük maşının qarət ediblər.

Dəyən zərərin miqdarı milyon dollarla ölçülür.

Polislər əməliyyat keçərək dəstəni ələ keçirib. Məlum olub ki, onlar Gürcüstan vətəndaşlarıdır. Dəstə üzvləri həmin vaxta kimi molibdenin bir qismini sataraq 3 milyon dollar əldə edə bilmişdilər.

Qeyd edək ki, D.İ. Mendeleyevin elementlərin dövri sistemində 42-ci element olan molibden istiliyə və aşınmağa qarşı müqavimətli olan müəyyən nikel əsaslı ərintilər istehsalında istifadə edilir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.