Rusiya Azərbaycana qaz satacaq?
10-02-2016, 10:25

Hazırda Rusiya qazının Azərbaycana tədarükünün başlanılması imkanları müzakirə edilir.
AzVision.az-ın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Komsomolskaya pravda” nəşrinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Rusiyanın aparıcı neft-qaz şirkətləri Azərbaycanın müvafiq şirkətləri ilə uğurla əməkdaşlıq edirlər: “Məsələn, “Lukoyl” Xəzərdə ən iri “Şahdəniz” qaz yatağının işlənməsi layihəsinin sərmayəçisidir. “Qazprom” Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-la sıx əməkdaşlıq edir. İndi isə Rusiya qazının Azərbaycana tədarükünün başlanılması imkanı müzakirə olunur. SOCAR və “Rosneft” neft-qaz şirkəti Avropada qeydiyyatda olan birgə şirkət yaradıblar. Azərbaycanda həmçinin ildə 1 milyon ton neft hasil edən Rusiyanın “Russneft” neft şirkəti də çalışır”.
Suriya rəsmisi həmçinin, iki ölkə arasında elektrik enerjisi sahəsində də sıx əməkdaşlığın qurulduğunu qeyd edib: “Azərbaycan və Dağıstan arasında elektrik enerjisinin mübadiləsinə dair razılaşma tam icra olunur. Biz hazırda bu aspektdə Rusiya, Azərbaycan və İran arasında “üçbucağın” yaradılması üzərində çalışırıq. Bütün bunlar çoxlu sayda insanlar üçün yeni iş yerlərinin yaradılması deməkdir”.