Yeni gün bayramı; kosmik və coğrafi baxış

13-04-2019, 00:15           
Yeni gün bayramı; kosmik və coğrafi baxış
Alimlər tərəfindən əski sümer dili ilə türkcənin bir çox arxeologiya tabletlər üzrə göstərilən sözləri türk dili ilə tutuşdurulub və bir çox kökbir olan və bənzər sözləri araşdırılmışdır.
Bu əsas sözlərin biri olan əki-to,toy və ya aka-tuy yəni əkin başlanğıcı günü təbiətlə bağlı yenigün bayramıdır. Erkən gün, yengi yıl, yeni gün və hətta çuvaşlarda aka tuy kimi adlanmasıdır. Belə ki, Erkən-gün sözünü monqollar Ergenekon kimi tələffüz etmişlər. Sumer dilində Əkin-toyu anlamında Akatu deyimilə 21 mart qeyd olunurdu, çuvaşlar bu sözü buradan aparıb və bugün də Akatuy adı ilə bayram edirlər. Burada isə coğrafi və kosmik bilimi üzrə yenigün bayramına nəzər salaq. Burada alim prof. Kazim Mirşan, prof. Firudin Cəlilov , sümerlog Muazzez İlmiye çığ, Dr. kürşad baytok və araşdırmacı ilhamə ənvər qızı' nın yazıları əsasında toplanmışdır.
Kürşad Baytokun yazdığına görə; Bu qutlama Gündüz ilə Gəcənin eşitlendiyi ve bilim dilində "ekinoks” deyilən bir dönəmdir. 21 Mart etibarı ilə başlayan “Yeni Günü”, özəlliklə bu dönəmin mevsimsəl dəyişikliyinin hissedildiyi quzey yarım kürədə yaşayanlar sıx olaraq qutlamaqdadır. Quzey yarım kürəni qədim zamanlardan bəridir bir ucdan bir uca əlində tutan Türkler, yer üstünde gözlə görülən, hissedilən ve anlaşılan bu dəyişimi, bir döngünün qırılma yeri olaraq qəbul etmişlər və qutlamağa başlamışlar.
Günəş ilə birlikdə bolluğun gəldiyi, umudların doğa ilə birlikdə yaşıllığı bu dönəm Türk üçün qutlu bir başlanğıcdır. Bugün bilindiyi ad olan "NEVRUZ" Farsca dır. Ən əski adının Türkçe; “Yeni Yıl bayramı, Bahar bayramı, Yeni Gün bayramı" olduğu bəllidir ve bu qutlama qutlandığı bütün bir həftəyə yayılmaqdadır. Son zamanlarda "Ergenekon bayramı” adıyla da duyulur. Bu bayramı Farslar ve qutlayan digər mədəniyetlər biz Türklərdən alaraq qutlamağa başlamış desək yanılmamışıq. Ad olaraq Türkcədən öz dillərinə çevirərək Farsca (Navruz) demişlər, ancaq sonra biz Farscadan təkrar “Nevruz, Nawruz, Nooruz, Noruz" ad ve ağızları ilə bərabər geri almışıq ( kürşad baytok ).

14 min ilə sahib olan bayram;
Son Buzlaşma dönemininin ardınca gelen Qlobal istileşme çağında, 14 min il önce Ön Asiyada buzlar əriyir. O zamanlar Avrasiyanın quzey hissesi,elece de Avropanın quzeyi tamamile buz altında idi.
İlk peşesi ovçuluq ve yığıcılıq olan homo sapiens-Ağıllı insan Mezolit döneminde(12min il önce) ox ve kamani keşf etdikden sonra yedek toxum ehtiyatı yarada bilgiyi üçün Neolit döneminde(9-10min il önce) ekinçilik ve heyvandarlıq peşeleri yaranmağa başlayır. Erken ekinçilik meskenleri Ön Asiyada yarandığı üçün bu bölgenin avtoxton,yerli- köklü etnosu olan,esasen əkinçilik ve heyvandarlıqla keçinen Prototürkler Yazda 4 Doğa ünsürü- od,su,hava ve torpağın oyanışını izleyir ve ekin için işlerini yazın gelişine,havaların isinmesine göre ayarlayırdılar.

Bahar əslində Türkcə Buhar sözünün fonetik dəyişimə uğramış formasıdır. Çünkü torpaqdan buğ, buhar/buxar çıxdığını görüncə yəni torpaq istilənib, buğlanıb buxarlandıqca insanlar əkin işlerinə başlardı.
İlk əkinçilik məskənlərinin yarandığı Ön Asiyanın aborigen,avtoxton ehalisi olan Prototürkler 10-12min il önceden Kosmik cisimleri, Güneş i, Ayi,Ulduzları izleyib,torpaq isinib buxarlanarken tebietin oyanışına sevinib,Buxar/Buhar/BAHAR coşqusunu ,Yeni astronomik ili,yeni Günü kutlayıb.
Diger milletler ise öz çoğrafı koordinatlarında havanın isinmesine,tebietin oyanma zamanına uyğun olaraq Yaz bayramını qeyd edibler.
Subekvatorial ve tropik qurşaqlarda hava daha tez isindiyi üçün bu qurşaqlarda yaz,yeni Astronomik il 21 martda kutlanır. Ona göre de esasen subtropik ve tropik qurşaqda yaşayan Türk xalqları ile eyni iqlim qurşağında yaşayan Fars soylu xalqlar-kürdler,talışlar,farsi artacikler, efqanlar ve başqaları da tebietin Yaz oyanışını Türklerle eyni günde,21 martda kutlayırlar.
Mülayim ve soyuq kontinental qurşaqlarda ise hava nisbeten daha gec isindiyi ,tebiet daha gec oyandığı üçün bu qurşaqlarda yaşayan xalqlar:mes.slavyanlar tebietin oyanışını martdan bir qeder sonra,yəni Aprelde/Nisan ayında Pasxa bayramı kimi qeyd edirler.
İsveçliler, Finler, Norveçliler, Danimarkalılar, Estonlar, Letonlar, Litvanlar, ,Polonyalılar, Almanlar, Hollandalılar, Beyaz Ruslar ise 21 iyun-25iyun tarixleri arasında yani onların yaşadığı quzey qurşaqlarda hava isinende Yaz Gündönümünü öz dillerindeki adlarla-mes: Adonia, St. John's Feast Day, Jāņi, Enyovden, Liða / Litha, Midsommar, Ivan Kupala Day, Juhannus, Mittumaari, Alban
Hefin(Alban Evin-?)Gŵyl Ganol yr Haf, Sankthans, Jaanipäev, Keskikesä(Keçel-Kosa sözleri ile benzerliye diqqet edin), Rasos kimi çeşidli adlarla kutlayırlar.
Finler/Finlandiyalılar hetta bizim çerşenbe tonqali kimi gur ocaqlar qalayırlar.
Ona görə də təbiətin oyanış günü olan bu bayramı fars bayramı kimi göstermek sadece savadsızlıqdır.
Bu doğal tebiet olayının guya 3 min il önce farslarda yaranması gülünc bir yalandır. Sadece Efqanıstan, Pakistan bölgesinden, İran adlı coğrafı mekanın güney doğusundan 2700 il önce köçüb gelerek Türk Ulusuna qonşu bölgələrde yerleşen farssoylu tayfalar da Türk Ulusu ile birge bu bayramı kutlamağa başlayıb ve Yeni gün sözünü farscaya Nevruz olaraq tercüme edibler. Yeni Gün=Nev Ruz.

Bahar bayramı Doğanın,tebietin oyanışıdır ve heç bir Din ideologiya ile bağlı deyil.
Dileyim budur ki, bütün Cilelerimiz köhne ilde qalsın! Ağırlığımız,burukluğumuz il Axir çerşenbe tonqalında yansın
Yeni Astronomik il her birimize sevinc,uğur getirsin.
Umud edek ki,dayanmadan fırlanan bumeranq dünyamızda harmoniya xaosa,işıq qaranlığa qalib gelecek (ilhame Enverqızı ).

Kosmik ritmə uyğunlaşan doğal durumun (təbiətin) qavranılması təqvim, il, «yeni il», fəsil, ay, gün, gecə-gündüz kimi vaxt anlayışlarında gerçəkləşir. Səma cisimlərinin durumu ilə formalaşan türk kosmoqoniyasında miladdan öncə «həftə» anlayışı olmamışdır. Azərbaycanda bu anlayış ilk xristianlığın yayıldığı çağlarda ortaya çıxmışdır. Ona görə də türk dillərində günlərin adını bildirən ortaq sözlər yoxdur.58 İlin dörd fəslini yaz (bahar), yay, küz və qışa ayıran türk boyları ayları təsərrüfat və hava durumu ilə adlandırmışlar. Axıska türkləri kiçik-ay (fevral), biçin-ayı (iyun), orağ-ay (iyul), bögrüm-ay (sentyabr), son küz, koç-ay, kara-kış (dekabr-yanvar) deyimlərini, azərlər boz-ay, böyük və kiçik çillə, qırxim, oğlaq, quyruq doğan və sair sözləri işlədirlər. Azər dilində müəyyən kultlarla bağlı Yelda gecəsi (şəbi-yelda), Xızır günü və zaman anlayışı bildirən gündüz, gecə, günorta, erkən, alatoran, dünən, yarın, dan üzü, dan qaralanda//ağaranda deyimləri ilə yanaşı, axşam, səhər, sübh, sabah kimi alınma sözlər də vardır. «Yeni il» türk xalqlarında Ülus kün (qazax), Bahar, Yaz, Yeni il (azər) və erken kiin (ergenekon) adlandığı halda, Yeni il bayramının farscanın «Novruz» sözü ilə verilməsi bir yanlışlıqdır.
İli dörd fəsilə, oniki aya bölən türklər 12 añlı (heyvanlı) təqvim də yaratmışlar. Ön Asiyada ilin 12 aya bölünməsinin qədim tarixi vardır, lakin 12 illik sikl ölçüsü sonralar ortaya çıxmışdır. M. Kaşğari 12 illik təqvimin yaranma səbəbini və qurultayın bu təqvimi türk xaqanının təklifilə qəbul etdiyini yazır: «Türk xaqanlarından biri neçə il öncə baş vermiş savaşı öyrənmək istərkən savaşın tarixini müəyyən etməkdə yanılmışlar. Bu səbəblə, xaqan öz ulusu ilə gənəşir və qurultayda biz bu tarixdə necə yanıldıqsa, bizdən sonra gələnlər də yanılacaqdır, belə isə, biz indi göyün on iki bürcü və on iki ay sayısınca hər ilə birər ad qoyaq. Ulus xaqanın bu önərgəsini onayladı». Lakin bu olayın tarixi bəlli olmadığından 12 añlı təqvimin nə vaxtdan işləndiyini söyləmək olmur.“
Göytürk yazılarında bu təqvimin işlənməsi göstərir ki, xalq arasında geniş yayılan añ təqviminin yaranma tarixi daha qədimdir. Astral mifləri tədqiq edənlərə görə, qədim Babildə 12 bürc işarəsi yunanlara (zodiak yunanca Cóv «añ» sözündəndir), oradan da Avropa xalqlarına ötürülmüş, Çinə isə 12 añlı təqvim batı qonşularından (türklərdən) keçmişdir. Çinşünas E. Chavannesə görə, bu təqvimi Çinə tsin (çin) adlı türk boyu aparmışdır. Bu təqvimi türklərdən alan çinlilər kimi, ondan Tibet və Koreya xalqları da istifadə edirlər. Uyğur yazısını mənimsəyən monqollar 12 añlı təqvimi də uyğurlardan alıb 1210-da (başqa bir tarixə görə isə 1027-də) özəl qərarla rəsmiləşdirmişlər (firudin cəlilov, 2 bitik).


Sonda türk xalqları arasında yeni gün qutlamalarına diqqət göstərək;

Altay Türkçesi - Slerdi cangi cilla utkup turum.!
Azerbaycan Türkçesi - Yeni iliniz mübarek olsun.!
Başkırt Türkçesi - Hizzi yangi yil menen kotlayım.!
Çuvaş Türkçesi - Sene sul yaçepe salamlatap.!
Füyu Kırgızcası - Naa cilingar guttug bolsun.!
Gagauz Türkçesi - Yeni yılınızı kutlerim.!
Hakas Türkçesi - Naa çılnang alğıstapçam sirerni.!
Karaçay-Malkar Türkçesi - Cangi cılığıznı alğışlayma.!
Karakalpak Türkçesi - Canga cilingiz kutti bolsın.!
Karay/Karaim Türkçesi - Sizni yanhi yil bila kutleymin.!
Kazak Türkçesi - Janga jilingiz kutti bolsın.!
Kirim Türkçesi - Yangi ilingiz kairli olsun.!
Kırgız Türkçesi - Cangi cilingiz kuttu bolsun.!
Kumuk Türkçesi - Yangi yılıgız kutlu bolsun.!
Nogay Türkçesi - Yanga yılıngiz men.!
Özbek Türkçesi - Yengi yilingiz mübarek bolsun.!
Sari Uygurca Türkçesi - Ak éy yahşi mo.!
Şor Türkçesi - Naa çıl çakşı polzun.!
Sarı Uygurca Türkçesi - Ak éy yahşi mo.!
Şor Türkçesi - Naa çıl çakşı polzun.!
Tatar Türkçesi - Sezne yanga yıl belen tebrik item.!
Tuva Türkçesi - Caa çıl-bile bayır çedirip or men.!
Türkmen Türkçesi - Teze yılınızı gutlayaarin.!
Irak Türkmenleri - Yengi iliyiz (iliwiz) mubarak olsun.!
Uygur Türkçesi - Yengi yılıngızğa mübarek bolsun.!
Yakut Türkçesi - Ehigini şanga sılınan eğerdeliibin.!
yazar: kiyumərs islami
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.