Dünyanın ən çox qazanan 10 müdafiə şirkəti - SİYAHI
Bu gün, 12:58

Dünyanın müdafiə sənayesinə dair ən prestijli reytinqlərdən biri sayılan "Defense News Top 100" siyahısı açıqlanıb.
Valyuta.az xəbər verir ki, siyahıda ilk 10 şirkətdən 6-sı ABŞ-ı, 2-si Çini, hərə biri isə Böyük Britaniya və Fransanı təmsil edir.
"Lockheed Martin" 68,39 milyard dollar müdafiə gəliri ilə birinci yeri qoruyub, iki-üçüncü yerləri yeri RTX və Çin Aerokosmik Elm və Sənaye Korporasiyası tutub.
"Northrop Grumman" dördüncü, "General Dynamics" beşinci, "BAE Systems" isə altıncı olub.
"Boeing" yeddinci, "China State Shipbuilding Corporation Limited" səkkizinci, "L3Harris Technologies" doqquzuncu, "Thales" isə onuncu yerdə qararlaşıb.
Ümumilikdə siyahıda ABŞ-dan 48, Böyük Britaniyadan 6, Türkiyə, Fransa və Çindən 5, Almaniyadan 4, Cənubi Koreya və İsraildən 3 şirkət daxil yer alıb.
Türkiyədən siyahının ən yüksək pilləsində 3 milyard 541 milyon 261 min 567 dollarlıq müdafiə gəliri ilə "ASELSAN" qərarlaşıb və 43-cü yerdə yer alıb. TUSAŞ 47-ci, "Roketsan" 71-ci, ASFAT 78-ci, "Makine ve Kimya Endüstrisi (MKE)" isə 80-ci sırada göstərilib.