Zoopark: "AQTA-nın fəaliyyətindən sonra biz pulsuz ət almırıq"

27-10-2019, 07:44           
Zoopark: "AQTA-nın fəaliyyətindən sonra biz pulsuz ət almırıq"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Zooloji Parkındakı heyvanların yemini kəsib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Zooloji Parkının direktoru Azər Hüseynov məlumat verib.

O bildirib ki, əvvəllər zooloji parkdakı heyvanlara müsadirə olunan ətlər verilirdi: "İndi isə müsadirə olunan mənşəyi naməlum olan ətlər utilizasiya edildiyindən, heyvanlara əti pulla alırıq. Mənşəyi naməlum olan ətlər Zooloji Parka verildikdə biz ödəniş etmirdik. Artıq "Səhliyalı" müəssisəsi ilə heyvanlara ət almaq üçün müqavilə bağlamışıq. İndi heyvanlara verdiyimiz əti pulla alırıq".

A.Hüseynov deyib ki, əslində laborator müayinə zamanı mənşəyi naməlum olan ətin heyvanlara verilməsi məqbul hesab edildikdə həmin ətin zooparka verilməsində təhlükə yoxdur: "Artıq mənim bildiym qədər, AQTA belə ətləri yandırdığından bizə vermir. Əvvəllər isə ətlər müsadirə olunandan sonra heyvanlar üçün təhlükəli olmadıqda laboratoriyada yoxlanılıb zooparka verilirdi. AQTA-nın fəaliyyətindən sonra biz pulsuz ət almırıq".

AQTA-dan isə bildiriblər ki, müsadirə olunan mənşəyi naməlum ətlər Sumqayıtda poliqonda utilizasiya olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.