Dünyanın 10 ən bahalı brendi - SİYAHI

25-01-2020, 01:15           
Dünyanın 10 ən bahalı brendi - SİYAHI
“Brand Finance” nəşri dünyanın 500 ən böyük brendinin dəyəri haqqında məlumatları özündə birləşdirən “Global 500” hesabatının ən son versiyasını dərc edib. Reytinqin lideri artıq üçüncü il ardıcıl olaraq dəyişməsə də, 10 ən bahalı şirkət sırasına yeni “oyunçu” daxil olub.

Teref.az “ICTnews”a istinadən xəbər verir ki, bu il reytinqə ilk dəfə “HUAWEI” şirkəti daxil edilib. Analitiklər bu şirkətin dəyərini 62,2 milyard dollar məbləğində qiymətləndiriblər. Brendinin dəyəri 220,7 milyard dollar məbləğində qiymətləndirilən “Amazon” şirkəti reytinqdə birinci yeri tutub.


“Brand Finance” nəşrinin versiyasına görə, dünyada ən bahalı brendlərin onluğu aşağıdakı kimidir:

1. “Amazon” – 220,7 milyard dollar (17,5% artım)
2. “Google” – 159,7 milyard dollar (11,9% artım)
3. “Apple” – 153,6 milyard dollar (8,5% azalma)
4. “Microsoft” – 117,0 milyard dollar (2,1% azalma)
5. “Samsung” – 94,4 milyard dollar (3,5% artım)
6. “ICBC” – 80,7 milyard dollar (1,2% artım)
7. “Facebook” – 79,8 milyard dollar (4,1% azalma)
8. “Walmart” – 77,5 milyard dollar (14,2% artım)
9. “Ping An” – 69,0 milyard dollar (19,8% artım)
10. “HUAWEI” – 62,2 milyard dollar (4,5% artım)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru