DTX mövqeyini bildirdi: "MTN-nin "polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb."

27-06-2020, 17:49           
DTX  mövqeyini bildirdi: "MTN-nin "polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb."
Dövlət Təhlükəsizliyi Xidməti son günlər bəzi kütləvi informasiya vasitələrində "Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı.
"Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında yayılan məqalələrə münasibət bildirib.

Teref.az DTX-nin saytına istinadən xəbər verir ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin "polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb.

Məlumatda bildirilir:

"Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru